“Uludağ” Turizm və İstirahət kompleksi MMC-yə 400 min AZN məbləğində güzəştli kredit verildi – FOTO
Regional turizmin inkişafına dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Qax rayonunun İlisu kəndi ərazisində yerləşən “Uludağ” Turizm və İstirahət kompleksi MMC-yə 400 min AZN məbləğində güzəştli kredit verilib.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında məlumat yayıb.

