Region Xəbərləri 

Yardımlıda əkin sahələrinin 46 faizində biçin işləri başa çatıb

Yardımlı rayonunda taxıl sahələrinin 46 faizində biçin işləri başa çatıb.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, cari ilin məhsulu üçün 3566,5 hektar sahədə dənli bitkilərin biçini aparılacaq. Bunun 3157 hektarı buğda, 400 hektarı arpa, 9,5 hektarı isə digər dənli bitkilərdir. Bu günədək istehsalçılar 1639,5 hektar sahədə taxıl biçini apararaq, orta hesabla hər hektardan 20,9 sentner məhsul götürüblər. Biçin aparılmış sahənin əsas hissəsini (1454 hektar) buğda sahəsı təşkil edir. Buğda sahəsində orta məhsuldarlıq 21 sentnerə bərabərdir.

Biçin prosesi məhsulun vegetasiya dövrünə uyğun olaraq rayonun dağətəyi ərazilərində əvvəlcədən təşkil edilmiş növbəlilik prinsipi ilə aparılır və optimal müddətdə başa çatacağı gözlənilir.

Daha çox xəbərlər