Bərdə rayon Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib
Bərdə rayon Dövlət Yol Polisi (DYP) Bölməsinə yeni rəis təyin edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Emin Musayev rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
E.Musayev təyinata qədər Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.

