AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranmasının 50-illik yubileyi münasibəti ilə Elmi Konfrans keçiriləcək
AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI
ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİ
“DAYANIQLI İNKİŞAF: TƏDQİQATLAR, İNNOVASİYALAR” mövzusunda Beynəlxalq Elmi Konfrans. 22-24 sentyabr 2022-ci il, Azərbaycan Respublikası, Şəki şəhəri.
Dəyərli elm adamları;
“AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranmasının 50–ci ildönümü” münasibətilə Şəki şəhərində 22-24 sentyabr 2022-ci il tarixində “Dayanıqlı inkişaf: Tədqiqatlar, İnnovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Rəsmi elan səhifəsi- http://shrem.az/en/news/1426
Sizi konfransda iştiraka dəvət edirik.
Konfransın təqvimi:
Tezislərin təqdim olunması üçün son tarix: 31 iyul 2022-ci il
Qəbul edilən tezislərin elan edilmə tarixi: 8 avqust 2022-ci il
Məqalələrin təqdim olunması üçün son tarix: 15 sentyabr 2022-ci il
Konfrans materiallarının nəşri: noyabr 2022-ci il
Konfrans dilləri: Azərbaycan, türk, ingilis və rus.
Elmi istiqamətlər:
• İpəkçilikdə innovasiyalar: Bioloji materiallar və modellər
• Bitki biomüxtəlifliyinin davamlı istifadəsi
• Ekoloji problemlər: Tullantıların səmərəli və ekoloji istifadəsi; radioekologiya
• Landşaft dinamikası və səhralaşma problemləri
• Turizm və rekreasiya imkanları
• Tarixi, arxeoloji, etnoqrafik irsin öyrənilməsi
• Müasir dövrdə folklorun tədqiqi və təbliği
Tezislərin tərtibat qaydaları:
• Tezislər “Times New Roman” 12 şriftlə, həcmi 250-400 sözdən ibarət olmaqla yazılmalıdır.
• Tezisin mətni, mövzunun adı və açar sözlər onun yazıldığı dildən əlavə olaraq ingilis dilində də təqdim edilməlidir. Əgər tezis ingilis dilində yazılarsa, tezisin adı, mətni və açar sözlər rus dilində də təqdim edilməlidir.
• Mövzunun adı, Times New Roman” 12 şriftlə, böyük hərflərlə tünd rəngdə (Bold+böyük hərflərlə) ortada yazılmalıdır.
• Hər bir tezisdə müəllifə aid məlumatlar (adı, soyadı, təmsil etdiyi müəssisə, elmi dərəcəsi (olduğu təqdirdə), email ünvanı, ORCID nömrəsi və əlaqə nömrəsi mövzu başlığından sonra sağ tərəfdə göstərilməlidir.
Tezislər 31 iyul 2022-ci il tarixinədək Azərbaycan, türk, ingilis və ya rus dillərində word formatında sheki.conference@gmail.com elektron ünvanına göndərilməlidir. Tezislər dəyərləndirildikdən sonra müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaq. Tezisləri qəbul etdikdən sonra məqalələrin qəbulu həyata keçiriləcəkdir. Məqalələr 15 sentyabr 2022-ci il tarixinədək təqdim edilməlidir.
Məqalələrin tərtib qaydaları:
1. Konfransa yeni tədqiqatlara əsaslanan və indiyədək dərc edilməyən məqalələr təqdim edilməlidir.
2. Məqalələrin həcmi 4-12 səhifədən ibarət olmaqla, mətni “Times New Roman” 12 şriftlə A 4 formatda, yuxarıdan, aşağıdan və soldan 2 sm sağdan 1,5 sm məsafə ilə, 1,15 intervalla yazılmalıdır. Məqalədə giriş, alt başlıqlar və nəticə mütləq qeyd edilməlidir.
3. Azərbaycan, türk və rus dillərində olan məqalələrin ingilis dilində xülasəsi təqdim edilməlidir. Məqalə ingilis dilində yazılarsa, azərbaycan və ya rus dilində xülasə təqdim olunmalıdır.
4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalə mətni daxilində istinadlar APA stilində verilməlidir; nümunə, (Məmmədov, 2007, s.17-21).
6. Ədəbiyyat siyahısında verilən hər bir əsər haqqında məlumat aşağıdakı formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı, kitabın (məqalə, konfrans və s.) adı, nəşr edilən yer; nəşriyyatın adı və nəşr ili.
7. Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir.
Qeyd 1: Cədvəl, sxem və qrafiklər məqalənin içərisində verilməlidir. Foto və şəkillər sıra göstərməklə və alt hissəsində izah verilməklə məqalənin içərisində yerləşdirilməlidir.
Qeyd 2. Təqdim olunan məqalələr tələblərə cavab vermədiyi halda çap edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
*Qəbul edilən tezis və məqalələr konfrans materialı toplusunda dərc ediləcəkdir.
*Təqdimatlar əyani şəkildə, üz-üzə həyata keçiriləcəkdir. Konfrans zamanı çay, kofe fasilələri olacaqdır. Konfransın sonunda gəzinti və qala konsert təşkil ediləcəkdir.
*Xaricdən gələn konfrans iştirakçılarının Bakı şəhərində yerləşən H.Əliyev adına Beynəlxalq Hava Limanından qarşılanması, Şəki şəhərinə və konfransdan sonra Bakıya transferi həyata keçiriləcəkdir.
*Konfrans zamanı yemək xərcləri Konfransın Təşkilat Komitəsi tərəfindən qarşılanacaq. Otel xərcləri iştirakçıların özlərinə aiddir. Yalnız dəvət olunan mütəxəssislərin otel xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaq.
*Tezisi qəbul edilən xarici ölkə vətəndaşlarının təyyarə biletlərinin tarixi haqda bizə əvvəlcədən məlumat vermələri xahiş olunur.
*Konfransda iştirak və məqalələrin dərc edilməsi üçün heç bir ödəniş tələb edilmir.
Əlaqə nömrəsi: +994513593919
email ünvan: sheki.conference@gmail.com

