Gündəm 

Altı ayda meyvə-tərəvəz məhsullarının ixracı 328,1 milyon manat olub

Cari ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon ABŞ dolları təşkil edib.

ARANTV.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq lifi ixracı isə 12,8 faiz, pambıq iplik ixracı 5,2 faiz artıb.

Daha çox xəbərlər