Region Xəbərləri 

Şamaxıda yarım ildə heyvandarlıq məhsullarının istehsalı artıb

Şamaxı heyvandarları cari ilin birinci yarısını uğurla başa vurublar. Belə ki, ət, süd, yumurta və yun istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarım ildə diri çəkidə ət istehsalı 2133,5 ton olub. Bu da keçən ilin eyni dövrünün göstəricisindən 200 ton çoxdur. Altı ayda süd istehsalı 2031,9 ton artaraq 20 min 616,18 tona, yumurta istehsalı min ədəd artaraq 10 milyon 428 min ədədə çatıb. Yun istehsalı da 0,1 ton artaraq 227 ton olub.

Hazırda Şamaxıda 28 min 957 baş iribuynuzlu mal-qara, 115 min 347 baş davar vardır.

Daha çox xəbərlər