Cəmiyyət 

5 gündə 8 nəfər qarpızdan zəhərləndi

İyulun ilk 5 günü ərzində Kliniki Tibbi Mərkəzə 8 nəfər qarpızdan zəhərlənmə şikayətilə müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, iyul ayının ilk günlərində 8 nəfər qarpızdan zəhərlənmə şübhəsilə müraciət edib, onlar arasında dünyasını dəyişən, ağır vəziyyətdə olan müşahidə edilməyib. Şikayətçilərin hər biri müalicə olunaraq evə buraxılıb.

Daha çox xəbərlər