Ağdamda qanvermə aksiyası keçirilib
06 iyul 2022-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində yerləşən pambıq zavodunun həyətində qurulmuş səyyar tibb məntəqəsində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi qan bankının və MKT İstehsalat kommersiya MMC-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası təşkil edilmişdir.
Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilat rəhbərləri , könüllü olaraq aksiyaya qoşulan rayon sakinləri iştirak etmişlər.






