Region Xəbərləri 

Naxçıvanda ailə təsərrüfatlarının sayı artıb

Kənd təsərrüfatının inkişafı Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu il fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrası diqqət mərkəzində saxlanılıb. Həmin tapşırıqların icrası istiqamətində görülən tədbirlər çərçivəsində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının yaradılması, 1 süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinin bərpası və müxtəlif yeyinti məhsullarının qablaşdırılması sahəsinin yaradılması, Şərur rayonunda 1 dondurma istehsalı sahəsinin, 3 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 1 arıçılıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Ordubad rayonunda 2 heyvandarlıq, 1 limonçuluq təsərrüfatının yaradılması, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi, Culfa rayonunda 1 quşçuluq təsərrüfatının yaradılması, Şahbuz rayonunda 1 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, 1 heyvandarlıq və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, Kəngərli rayonunda 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Sədərək rayonunda 1 heyvandarlıq təsərrüfatının yaradılması başa çatdırılıb.

Dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 heyvandarlıq təsərrüfatının, 1 unlu-qənnadı məmulatlarının istehsalı sahəsinin genişləndirilməsi, Şərur rayonunda 3 heyvandarlıq, 1 bağçılıq təsərrüfatının yaradılması, 1 meyvə araqları istehsalı sahəsinin, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 2 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 alma sirkəsi istehsalı sahəsinin və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Ordubad rayonunda 1 bağçılıq, Culfa rayonunda isə 1 arıçılıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Şahbuz rayonunda 2 ailə təsərrüfatı məhsullarının emalı sahəsinin, 1 heyvandarlıq təsərrüfatının yaradılması, Kəngərli rayonunda 1 çaxır istehsalı sahəsinin və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.

Daha çox xəbərlər