Goradildə ağaclıq yanır – VİDEO
Abşeron rayonunda ağaclıq ərazidə yanğın başlayıb.
ARANTV.AZ xəbər verir ki, Goradil qəsəbəsində, Samur-Abşeron kanalının sahilində yerləşən meşəlik ərazidə ağaclıq və kol-kos yanır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

