Hadisə 

Xaçmazda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Pirquluoba kəndində qeydə alınıb.

Kənd sakini,1985-ci il təvəllüdlü Bayev Şahsəddin Güləddin oğlu öz həyətində elektrik xətti dirəyində işləyərkən cərəyan vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər