Region Xəbərləri 

Ağsuda yarım ildə 533 baş cinsi yaxşılaşdırılan buzov alınıb

Ağsu rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və son illər fermerlər, fiziki şəxslər mal-qaranın cins tərkibini yaxşılaşdıraraq daha məhsuldar inəklərlə əvəz edilməsində çox maraqlıdırlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda Ağsuda 38 min başdan çox iribuynuzlu mal-qara var. Cari ilin 6 ayında 847 baş inək və düyə süni yolla mayalandırılıb. Süni yolla mayalandırılan heyvanlardan 533 baş cinsi yaxşılaşdırılan buzov alınıb.

Qeyd edək ki, rayonda 7 məntəqədə süni mayalandırma mütəxəssisləri fəaliyyət göstərir.

Daha çox xəbərlər