Region Xəbərləri 

Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalı artıb

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin altı ayında rayonda 11 min 445 sentner ət, 104 min 561 sentner süd, 2650 sentner yun və 2343 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 32,1 faiz, yumurta istehsalı 5,7 faiz, yun istehsalı isə 23,8 faiz çoxalıb.

Daha çox xəbərlər