Altı ayda Türkiyənin geyim ixracı 14 faizdən çox artıb
2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur”, – deyə nazirlikdən qeyd edilib.
Bildirilib ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

