Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik klubu”nun fəaliyyəti çərçivəsində növbəti təqdimat keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik klubu”nun fəaliyyəti çərçivəsində növbəti təqdimat keçirilib.
Təqdimatda gənclərimiz Aynur Əliyeva və İsa Hacızadə Şəhidimiz Elzamin Təhməzovun keçdiyi döyüş yolundan gənclərə ətraflı məlumat verib.
⚜️Elzamin Təhməzov – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra aşağıdakı medallar ilə təltif edilib.
🇦🇿 “Vətən uğrunda” medalı ilə təltif edilib;
🇦🇿 “Rəşadət” ordeni ilə təltif edilib;
🇦🇿 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.


