Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində “Stres və depressiya ilə mübarizə üsulları” mövzusunda təlim keçirilib.
Təlim GDU-nun Psixologiya ixtisasını bitirmiş, 2014-cü ildə Beynəlxalq Psixologiya konfransda iştirak etmiş, 2019-cu ildə Türkiyənin Psixologiya Akademiyasının təşkil etdiyi “Kısa süreli çözüm odaklı terapi” təlimindən uyğulayıcı sertifikat, 2022-ci ildə Türkiyənin Nirvana akademiyasının təşkil etdiyi CBT təlimindən uyğulayıcı sertifikat, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Bərdə filialında Psixoloq vəzifəsində çalışan Əşrəf Quliyevin təqdimatında keçirilib. Təlimdə depressiya ilə necə mübarizə aparmalı, Depressiyadan çıxma yöntəmləri haqqında ətraflı məlumat verilib. Sonda gəncləri maraqlandıran suallar öz cavabını tapıb.


