Region Xəbərləri 

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir

Ölkəmizin  beynəlxalq münasibətlər sitemində  rolu və nüfuzu durmadan artmaqdadır.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan  siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatının fəal və obyektiv mövqeyə malik olan bir üzvüdür. Qoşulmama Hərəkatına üzv olduğu dövrdən bu günə kimi ölkəmiz öz prinsipial mövqeyi və uğurlu əməkdaşlıq fəaliyyəti ilə yadda qalan ölkələrdən biridir.

Məlum olduğu kimi  İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının ölkəmizdə işə başlaması dövlətimizin növbəti siyasi uğurudur. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının ölkəmizdə keçirilməsi də dövlətimizin artan nüfuzunun bariz göstəricisidir.

Konfransda çıxış edən Prezident cənab İlham Əliyev dünyada və regionda baş verən aktual məsələlər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına ətraflı məlumat verərək Azərbycanın Pandemiya dönəmində Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində gördüyü işlərin əhəmiyyətindən danışaraq bildirdi: “Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük.”

Həqiqətən də Azərbaycan bu çətin dönəm ərzində öz üzərinə düşən missiyanı, vəzifələri layiqincə yerinə yetirdi və qüdrətli ölkə olduğunu bütün dünyaya sübut etmiş oldu.

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri

Daha çox xəbərlər