Şəkidə traktor aşdı: Kişi və 12 yaşlı qardaşı oğlu həlak oldular

Şəkidə traktor aşdı: Kişi və 12 yaşlı qardaşı oğlu həlak oldular

Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.

1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birlikdə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.