Region Xəbərləri 

Ağdaşda ət və süd istehsalında artım qeydə alınıb

Ağdaş heyvandarları cari ilin 6 ayını uğurlu göstəricilərlə başa vurublar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, diri çəkidə 5487,6 ton ət, 24895 ton süd istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,6 ton, süd istehsalı 245,8 ton artıb. Yarım ildə 161,4 ton yun, 13 milyon 570 min ədəd yumurta istehsal edilib.

Qeyd edək ki, heyvandarlıq Ağdaşda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 72 min 600 baş iribuynuzlu mal–qara, 79 min 900 baş davar, 305 min 200 baş quş bəslənilir.

Daha çox xəbərlər