400-dən çox AQTA əməkdaşı Qurban bayramı ilə əlaqədar məntəqələrə cəlb ediləcək
“400-dən çox AQTA əməkdaşı Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək”.
ARANTV.AZ xəbər verir ki, bunu Qurban bayramı ilə bağlı görülən işlərə dair brifinqdə çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən dezinfeksiya işlərinin vaxtında həyata keçirilməsi, tullantıların daşınmasına nəzarət həyata keçiriləcək.
“Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəldikdə, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət edə bilərlər”, – deyə Aysel Fərziyeva qeyd edib.

