Kürdə batan yeniyetmənin meyiti tapıldı
Bir neçə gün əvvəl Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu onun meyiti taparaq, aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

