Hadisə 

Salyanda 20 yaşlı gənc intihar edib

Salyanda intihar hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında Beştalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Səmədov Azil Ramil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər