Etnik azlıqlarda adət- ənənələrinin inkişafı və təbliği
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Mahmudavar kənd Folklor evinin birgə təşkilatçılığı sayəsində baş tutan növbəti tədbir “ Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planına həsr edilmişdi. Mövzusu “Etnik azlıqlarda adət -ənənələrinin inkişafı və təbliği“ olan tədbirə adı çəkilən müəssisə nümayəndələri ilə bərabər, Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagirdləri, eləcə kənd sakinləri də qatılmışdı.
Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə ilk sözü Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Muzeyin direktoru Əntiqə Tağıyeva söylədi:- BMT-nin Konvensiyalarına qoşulan Azərbaycanın mədəni müxtəlifliyinin tanınmasına əsaslanaraq həmrəyliyə nail olmaqdan ötrü böyük səy göstərilir. “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya “ ya qoşulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin, eyni zamanda bu siyasətin uğurlu davamçısı İlham Əliyevin imzaladığı qanunlarla respublikada yaşayan milli azlıq və etnik qrupların mədəniyyətləri, incəsənəti və adət-ənənələri, dilləri qorunub saxlamaqla bərabər, həm də inkişaf etdirilir.
Mövzu ilə bağlı muzeyin elmi işçisi D. Məmmədovanın “ Ölkəmizdə yaşayan etnik azlıqlar- adət-ənənələrin inkişafı və təbliği” adlı məruzəsi dinləndi. Mahmudavar kənd Folklor evinin rəhbəri N. Əliyeva, Mahmudavar kənd tam orta məktəbin direktoru K. Əliyeva isə mövzu ətrafında öz çıxışlarında fərqli din və mədəniyyətlərin qovşağında yerləşən unikal coğrafi, geosiyasi və mədəni məkan olan ölkəmizdə müxtəlif etnik xalqların yaşayan nümayəndələrinin qarşılıqlı münasibəti, mədəniyyəti, bölgə folkloru, adət, məişət tərzini müxtəlifliyinin vəhdətindən yaranan mədəniyyətindən geniş söhbət açdılar.
Sonunda Halay xalq folklor kollektivin ifasında bölgənin azsaylı xalqları olan talışların məişətini özündə əks etdirən adət- ənənələrdən səhnələr göstərildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





