Hadisə 

Kür çayında azyaşlı batıb

Kür çayında azyaşlı batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daha çox xəbərlər