Gündəm 

Neftçalada ət və süd məhsullarının istehsalı artıb

Neftçala rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın baş sayı artıb, həmçinin ət və süd məhsullarının istehsalı çoxalıb.

Neftçala rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, rayon üzrə təsərrüfatlarda iribuynuzlu mal-qaranın baş sayı 43 min 293 olub ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. İnək və camışların baş sayı 22 min 371 baş olmaqla keçən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz, qoyun və keçilərin baş sayı 146 min 822 baş olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artıb.

Rayon üzrə təsərrüfatlarda cari ilin altı ayında ət istehsalı 5020,4 ton olub. Quş əti 3255,4 ton, süd istehsalı 14 min 146,7 ton, yumurta istehsalı 9 milyon 849 min ədəd, yun istehsalı 299,7 tona çatıb.

Daha çox xəbərlər