Ağsuda yarım ildə 21,8 milyon manatdan çox sənaye məhsulları istehsal olunub
Ağsu rayonunda cari ilin birinci yarısında sənaye məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz artaraq 21 milyon 848 min manata çatıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yarım ildə 2 milyon manat artım olub. Məhsul istehsalında iri sənaye müəssisələri olan “Az-Qranata”, “Azcahan mobilya”, “Ağsu Şərab” MMC-lərin payı daha çox olub.

