Region Xəbərləri 

Balakəndə indiyədək 17,7 min tondan çox tərəvəz istehsal edilib

Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2037 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1203,7 hektar sahənin məhsulu yığılıb, 17 min 679 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 816,5 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 146,9 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 10 min 567 ton xiyar, 1871 ton pomidor, 56 ton kələm, 2199 ton yaşıl lobya, 1035 ton baş soğan, 896 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 3877 ton kartof, 1490 ton bostan məhsulları yığıblar.

Daha çox xəbərlər