Ağdamda kənd təsərrüfatı məhsullarının yığımı davam edir
Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, iyulun 1-dək tərəvəzlər, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların 1300 hektar əkin sahəsindən 26 min 288,7 ton məhsul yığılıb. Hər hektarın orta məhsuldarlığı 201,8 sentnerdir. Bundan başqa, rayon ərazisindəki çoxillik əkmələrin 929,7 hektarından 206,8 ton məhsul toplanıb.
Hazırda rayonda taxıl biçini yekunlaşmaq üzrədir. Ağdam fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını da davam etdirirlər.

