Cəmiyyət 

Pensiyaların ödənişi iyulun 15-də yekunlaşdırılacaq

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə “İki sahil”ə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Daha çox xəbərlər