Region Xəbərləri 

Qarpız kəsdim bal kimi… Sabirabaddan fotoreportaj

Sabirabadda bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır.

ARANTV.AZ xəbər verir ki, bu il rayonda 4102 hektar bostan bitkisi əkilib. Bunun 3440 hektarı qarpızdır. İndiyədək 1080 hektar sahədən 28857 ton məhsul yığılıb və hər hektara 267,2 sentner məhsuldarlıq əldə olunub. Yemiş sahəsi isə 662 hektar təşkil edir və indiyədək 590 hektardan sahədən 13050.8 ton məhsul yığılıb. Bu da hər hektara 221.2 sentner məhsuldarlıq deməkdir.

Fermerlər yetişdirdikləri məhsulun yığımını itkiyə yol vermədən başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

Keçən il rayonda 3974 hektar sahədə bostan məhsulları əkilmişdi. Bunun 3314 hektarı qarpız idi. Sahələrdən 28113,9 ton məhsul götürülmüşdü. 660 hektar yemiş sahəsindən isə 13260 ton məhsul yığılmışdı.

Daha çox xəbərlər