BMT Azərbaycana cins əsaslı abortlarla bağlı tövsiyə verib
BMT Azərbaycana cins əsaslı abortların qarşının alınması ilə bağlı tövsiyə verib.
ARANTV.AZ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin müdiri Fərid Ədilovun “BMT-nin CEDAW Konvensiyasının həyata keçirilməsinə dair 6-cı dövrü məruzəsinin yekun tövsiyələri barədə məlumat verərkən deyib.
“Azərbaycanda Universitetlərdə gender fənninin tədrisi alqışlanıb. Bununla belə qızlar arasında təhsildən yayınma halları ilə bağlı narahatlıq ifadə edilib. Qadınların STEM-də iştirakçılığının artırılmasına yönəlik fəaliyyətlərin artırılması, ucqar ərazilərdə yaşayan qızların təhsilə çıxış imkanlarının artırılması tövsiyə edilib.
Məşğulluq sahəsinə gəldikdə isə qadınların əməyinin qadağan olduğu iş yerlərinin ləğvinə dair qərarın qəbul edilməsi müsbət qiymətləndirilib. Belə iş yerlərinin sayı 674-dən 204-ə salınıb. Lakin bu sayın daha da azaldılması məqsədəuyğun hesab edilir”.
Fərid Ədilov əlavə edib ki, Reproduktiv sağlamlıq haqqında Qanun qəbul edilməsi əsas tövsiyələr sırasındadır. Bundan əlavə Cins-əsaslı abortların qarşını alınması kimi məqamlar da tövsiyə sənədində əksini tapıb.

