Region Xəbərləri 

Salyanda tərəvəz sahələrindən 20 min tondan çox məhsul yığılıb

Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə bu il uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük edib və hazırda yığım davam edir.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari il üçün əkilən 1404,2 hektar sahədən 20 min 973,6 ton məhsul toplanılıb. Yığılan məhsulun 14,2 tonunu yaşıl lobya, 4094,6 tonunu xiyar, 14 min 665,1 tonunu pomidor, 100,4 tonunu baş sarımsaq, 228,7 tonunu baş soğan, 191 tonunu kələm, 901 tonunu bibər, 293,3 tonunu badımcan, 485,3 tonunu isə sair tərəvəz məhsulları təşkil edib.

Daha çox xəbərlər