Cəmiyyət 

DSMF və DOST Agentliyi beynəlxalq mükafata layiq görülüb

Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə “İlin dövlət qurumu” mükafatına layiq görülüb. DOST Agentliyi “Avropa sosial xidmət mükafatı”nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görülüb.

ARANTV.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.

Nazir deyib ki, sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən həm DOST Agentliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna cari il ərzində 4 ən yaxşı təcrübə mükafatı təqdim edilib: “Eyni zamanda, keyfiyyətli idarəetmə, korrupsiyaya qarşı idarəetmə və müştəri məmnunluğu sahələrində nazirliyin qurumları tərəfindən 12 beynəlxalq ISO sertifikatı əldə olunub. Bu islahatlar Sizin tapşırıqlarınıza və tövsiyələrinizə uyğun olaraq, növbəti dövrdə də icra olunacaq”.

Daha çox xəbərlər