Tərtər rayonunda taxıl biçini başa çatıb – məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir
Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 2022-ci ilin məhsulu üçün 8102,9 hektar sahədə taxıl becərilib. Onun 3976,7 hektarı buğda, 4126,2 hektarı dən üçün arpadır.
Taxıl biçinini başa çatdıran fermerlər sahələrdən 33 min 233,1 ton məhsul əldə ediblər. Məhsulun 17 min 341,2 tonu buğda, 15 min 891,9 tonu arpadır. Hər hektar taxıl sahəsindən orta məhsuldarlıq 41 sentner, o cümlədən buğda sahələrində 43,6 sentner, arpa zəmilərində isə 38,5 sentner təşkil edib. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı 0,6 sentner artıb.
Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

