Region Xəbərləri 

Qobustanda yarım ildə 2899 tondan çox ət istehsal olunub

Qobustan rayonunun heyvandarları cari ilin 6 ayını bir sıra uğurlu nəticələrlə başa vurublar. Bölgədə ət, süd və yun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin birinci yarısında diri çəkidə 2899,3 ton ət istehsal olunub və bu da ötən ilin 6 ayındakı göstəricidən 42,3 ton çoxdur. Süd istehsalı da 71,2 ton artıb və 9111, 2 ton olub. Yun istehsalında isə artım daha çoxdur. Yarım ildə yun istehsalı 78,7 ton çoxalıb və 425,5 tona çatıb.

Qeyd edək ki, hazırda bölgədə 27 min 670 baş iribuynuzlu mal-qara, 182 min 498 baş davar bəslənilir.

Daha çox xəbərlər