İsmayıllıda artıq 19 min hektardan çox sahədə yay şumu çıxarılıb
İsmayıllı rayonunda payızlıq bitkilər üçün yay şumunun çıxarılması sürətlə davam etdirilir. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılması üçün ciddi səy göstərirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə İsmayıllıda 30 min hektardan çox payızlıq bitkilərin əkini gözlənilir. Sahələr biçindən sonra bitki qalıqlarından təmizlənir. Artıq rayon üzrə 19 min hektardan çox yay şumu çıxarılıb. Hər gün sahələrə 70-dək şum traktoru çıxarılır. Bu mühüm aqrotexniki tədbir Nikitin adına kolxozda, İsmayıllı şəhər, Quşencə, Soltankənd və bir sira digər inzibatı ərazi dairələrində daha mütəşəkkil aparılır.

