Cəmiyyət 

Son mənzilin bahalı qapıları – Azərbaycanda FANTASTİK qiymətə məzar daşı qoyduranlar var

Ağ mərmər, qara daş və 3D qəbirlər.

Bakıda avtomobil qiymətinə qəbir daşları hazırlanır. Ölçüsünə, rənginə və formasına görə fərqlənən bu daşların qiyməti hətta 12 min manata qədərdir.

Qiymətləri daha dəqiq öyrənmək üçün Bakıdakı bir neçə məzar daşı hazırlayan sexlərlə əlaqə saxladıq. Məlum oldu ki, bu emalatxanalarda adi daşdan yonulan qəbirlərin qiyməti 800 manatdan başlayır. Ağ mərmərdən hazırlanan kvadrat formalı kiçik qəbir daşları 1700, hündür daşlar isə 2000 manata başa gəlir. Qara mərmərin qiyməti isə daha bahadır. Bu materialdan məzar daşı minimum 2600 manata hazırlanır. “3 D” adlandırılanqəbirlər isə 10-12 min manata düzəldilir.

Sumqayıtdakı sexlərin birində işləyən Səfixan İsmixanovun sözlərinə görə, paytaxtla müqayisədə burada qiymətlər bir qədər ucuzdur. Ən çox sifariş qara mərmərdən olur ki, həmin məzar daşlarını da 1500-2000 manata hazırlayırlar. Səfixan İsmixanov Xammalın əsasən Ukrayna, Hindistan və İrandan gətirildiyini bildirir.

Sex ustalarının sözlərinə görə, keyfiyyəti aşağı olduğu üçün Daşkəsən mərmərinə tələbat zəifdir. Həmçinin, bahalılığına baxmayaraqyaxınlarının məzarını “3 D” şəkil ilə əbədiləşdirənlər də az deyil.

Daha çox xəbərlər