Dünya 

ABŞ-da iki təyyarə havada toqquşub: Dörd nəfər həlak olub – VİDEO

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki beynəlxalq aeroportda iki təyyarənin havada toqquşması nəticəsində dörd nəfər həlak olub.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

“İlkin məlumatlara görə, “Piper PA-46” eniş edərkən “Cessna 172” ilə toqquşub.

Ölənlərin kimliyi və hadisənin səbəbi barədə hələlik məlumat verilmir.

Mənbə: Associated Press

Daha çox xəbərlər