Gündəm 

Hərbi sahədəki islahatlar dövlətçiliyin möhkəmləndirilməsinə hesablanıb

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Bu müşavirə ölkəmizdəki mövcud durumu görmək və qiymətləndirmək baxımından mühüm önəm daşıyır.

Dövlət başçısının müşavirədəki nitqinin mühüm xarakteri daşıdığını söyləyə bilərik. Belə ki, həmin nitqdə Cənab Prezidentimiz əsas məqamlara diqqət yetirərək,ölkənin inkişafı ilə bağlı bütün strateji hədəflərin müəyyən olunmasını, onların həyata keçirilməsi ilə bağlı əsaslı planları aydın şəkildə ifadə edib.

Müşavirədə önə çıxan məqamlardan biri hərbi sahədə aparılan islahatlar olub. Azərbaycan Prezidentinin yürütdüyü siyasi kursun əsas və ön plana çıxan hərbi  sahədəki islahatları ordu quruculuğunun tərkib hissəsi olmaq etibarilə dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Mahiyyət baxımından ordunun şəxsi heyətinin döyüş, eləcə də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə yönəldilən islahatlar Azərbaycan Ordusunda kəsilməzliklə, dönməzliklə, elmi əsaslarla aparılır. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır. Bu islahatlar həm ayrılıqda , həm də vəhdətdə ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi ilə nəticələnir. Son illərdə həyata keçirilən islahatlar məhz belə islahatlar kimi tarixləşib. Azərbaycan Ordusunda islahatlar – mahiyyətli strateji yeniləşmələr həmişə tarixi zərurət kimi təzahür edib və ordu quruculuğu prosesinin tərkib hissəsi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi məhz buna görə bu səviyyədə dönməzləşib – güclü, qüdrətli ordumuz var.

Sonda qeyd edək ki, iyulun 15-də keçirilən müşavirə birmənalı olaraq Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində inşası üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını nümayiş etdirdi. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən uzaqgörən siyasətin hətta qlobal miqyasda problemlərin geniş vüsət aldığı bir dövrdə belə ölkəmizdə inkişafı təmin etdiyini, gələcək planların, strategiyaların isə bu inkişafı sürətləndirəcəyini sübut etdi.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər