Hadisə 

Biləsuvarda avtomobil aşdı: Ölənlər var

Biləsuvarda avtomobilin aşması nəticəsində iki nəfər ölüb.

APA-nın məlumatına görə, qəza rayonun Səmədabad kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Emin Baxış oğlu Quliyev idarəetməni itirib və KIA markalı avtomobili aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin, 1958-ci il təvəllüdlü Qulu Qurban oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər