Bakıda yaşayış binasında yanğın başlayıb – VİDEO
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, şəhərin, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Yanğının görüntülərini təqdim edirik:

