Şəhid ailələrinin və qazilərin həyat şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətidir
Hələ Birinci Qarabağ müharibəsindən sonra həm Ümumilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsində müharibə iştirakçılarının, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq dayanmışdır.
Vətən Müharibəsindən sonra da qarşıda duran ən mühüm vəzifələrdən biri də bu müharibənin qəhrəmanlarının və onların ailələrinin həyat şəraitinin yaxşılaşdırılması idi. Bu məqsədlə müharibədən sonra ilk günlərdən başlayaraq bu kateqoriyalara daxil olan insanların qeydiyyatı aparılmış və proqramlı şəkildə onlara xidmətlər göstərilmişdir. Bu gün bu istiqamətdə minlərlə xidmət göstərilir. Bura tibbi, psixoloji, sosial və s. xidmətlər daxildir. Bunun nəticəsidir ki, sağlamlığında problemlər yaranan müharibə iştirakçılarımızın sağalması üçün onların həm ölkə daxilində, həm də xaricdə ən yaxşı xəstəxanalarda müalicələri aparılır.
Şəhidlərimizin bizə əmanət olan ailələrinə və qəhrəman qazilərimizə göstərilən ən böyük sosial xidmətlərdən biri də onların əmək bazarında yer tutmasına dəstək olmaqdır. Bu məqsədlə həm dövlət təşkilatlarında həm də özəl təşkilatlarda və istehsalat müəssisələrində onlar işlərə cəlb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağırışına cavab olaraq işəgötürənlərin bu məqsədlə təşkil olunam “Məşğulluq marafonu”na qoşulması da bu yöndə olduqca effektli addımdır. Artıq qazilərimizin və şəhidlərimizin ailəüzvlərinin işlə təmin olunmasında dövlətlə bərabər digər azad subyektlər də iştirak edir və onlar bunu ictimai vəzifə kimi qəbul edirlər. Nəzərə alaq ki, qısa müddətdə 100-dən çox işəgötürən bu aksiyaya qoşulmuş və qoşulmaqda davam edir, o zaman əminliklə deyə bilərik ki, qısa müddətdə bu kateqoriyaya aid vətəndaşların ən kiçik problemləri belə həllini tapacaq.
Məqsəd isə onlara daha layiqli həyat bəxş etməkdir. Onlar bizim qürur yerimizdir!
Elza Məmmədova,
Nizami rayonu, 109 saylı orta məktəbin müəlliməsi

