Şou biznes 

Seyran klipi üçün sırğada – FOTOLAR

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov yeni “Sana” adlı mahnısı üçün kamera qarşısına keçib. ARANTV.AZ xəbər verir ki, ekran işi üçün sənətçinin görüntüsündə dəyişiklik edilib. S.İsmayılxanov klipdə xarizmatik bir obrazı canlandırır. Onun kamera qarşısına sırğada çıxması da diqqət çəkir. Qeyd edək ki, klipin ideyası və obraz Seyran özü verib. Klip yaxın gündə təqdim ediləcək.

Daha çox xəbərlər