Gündəm 

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

Enerji təminatı hər bir ölkənin strateji məsələsidir. Bu sahədə ölkəmizdə son illərdə çox böyük işlər görülür. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb və bütun bu enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdəndir.

Azərbaycanın enerji siyasətindəki ilk uğuru Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə “Əsrin müqaviləsi”  adlandırdığımız dünyanın ən iri şirkətləri ilə bağlanan müqavilədən başlayır. 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamənin imzalanması da enerji təhlükəsizliyin təmin edilməsi üçün xüsusi rol oynamışdır. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.

Enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Neft və qazın resursları müasir sivilizasiyada təbiətlə cəmiyyət arasındakı tarazlığın saxlanılmasında həyati əhəmiyyətinin misilsiz olduğu danılmaz faktdır. Onların səmərəli istifadəsi qədər də yerləşməsi və əzəli ənənəvi ərazilərdə tükənməsi faktoru da narahatedicidir. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir.

Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin əməkdaşı

Daha çox xəbərlər