Prezident sözünə sadiq qalaraq AXC-Müsavat cütlüyünün itirdiyi torpaqları qaytardı, ərazi bütövlüyünü bərpa etdi
AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində 23 iyul 1993-cü ildə işğal edilən Ağdamı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz azad etdi

Ağdam, biz qayıtdıq!
Ötən əsrin sonlarında monoetnik dövlət yaratmaq üçün himayədarlarının köməyinə arxalanan Ermənistan 1988-1993-cü illərdə artıq tarixin arxivinə göndərilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eyni zamanda həmin ərazidən kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını zəbt etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdə yerləşən rayonların dinc azərbaycanlı sakinləri etnik təmizləməyə məruz qaldılar. Həmin illərdə erməni vəhşiləri tərəfindən 20 min azərbaycanlı qətlə yetirildi, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil oldular. Həmin illərdə daha çox çətinliyə məruz qalan isə 23 iyul 1993-cü ildə Ermənistan tərəfindən işğala məruz qalan Ağdam rayonu oldu. Çünki 1992-ci ilin 26 fevralında erməni silahlı birləşmələrinin sovetlərin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda törətdikləri soyqırımına məruz qalan sakinlər Ağdamda sığınacaq tapmışdılar. O dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, səbatsızlığı üzündən baş verən hadisələr nəticəsində yaranan vəziyyəti “1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir.” sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev qardaş qanını axıdılmasına şərait yaradan şəraitin ağırlığını da diqqətə çatdırırdı.

AXC-Müsavat hakimiyyətinin iqtidarda olduğu dövrə ötəri nəzər salmaqla ölkədə yaranan ictimai-siyasi vəziyyət barədə təsəvvür yaratmaq mümkündü. Ermənistanın torpaqlarımızı işğalı dövründə Azərbaycanı idarə edənlərin rəzilliklərinə ötəri nəzər salmaqla özlərini fədai adlandıranların Azərbaycan xalqına yaşatdıqları xəyanətlərin ağırlığın təsəvvür etmək o qədər də çətin deyil.
Bu suala da çıxışlarında aydınlıq gətirən Prezident İlham Əliyevin vurğuladığı kimi prezident seçilənə qədər heç bir idarəinin rəhbəri olmayan, zəif , iradəsiz elmi işçinin başıçılıq etdiyi ölkədə yaranan xaos təbii idi. Sonradan bəlli olduğu kimi, seçilərinin heç əlli faizinin etimadını qazanmayan Əbülfəz Elçibəyin komandasındakı “məsullar” da eyni keyfiyyətli, yarıtmaz kadrlar idi. Elmi işçi adın daşısa da yaradıcılığı bəlli olmayan, mövsümü ticarətə daha çox üstünlük verən “otkat” sözünü lüğətimizə daxil edən baş nazir də elə prezident səviyyədə “dövlət adımı” idi. On bir il aspiranturada oxusa da dissertasiyasını müdafiə edə bilməyən, sadəcə elmi işçi adı ilə tanınan “alim” parlamentin sədri idi. İqtidarda təmsil olunan, “komsomol” adı ilə çağırılan, sonradan “dönük fluger” adlandırılan Əli Kərimli dövlət katibi işlədiyi müddətdə karyerasını artırmaq üçün nəinki özünə ustad hesab etdiyi sabiq prezident Əbülfəz Elçibəyə, o dövrdə ümumi adları «xalq cəbhəsi» adlandırılan bütün yoldaşlarına xəyanət etmişdi. “Şuşa əldən getsə, başıma güllə vuracağam” söyləyən riyaziyyat müəlliminin müdafiə naziri olduğu AXC-Müsavat cütlüyünün səbatsızlığı üzündən torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfndən işğal olunurdu. O vaxt Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə fiziki təzyiq göstərimək üçün muxtar respublikaya desant göndərən daxili işlər naziri elə ilk zərbəni xilaskarlarınıın müdafiəsinə s qalxan naxçıvanlılardan aldı. Belə çıxdaş iqtidarın rəhbərlik etdiyi ölkədə yaranan vəziyyətin əlavə izahına ehtiyac yoxdur. Yarıtmaz rəhbərlikləri nəticəsində respublikanı siyasi-iqtisadi böhran vəziyyətinə salan AXC-Müsavat cütlüyünün səbatsızlığı nəticəsində baş verən Gəncə hadisələri nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. AXC-Müsvat hakimiyyətinin “yetişdirdiyi” “Milli Qəhrəman” Sürət Hüseynovun Gəncədəki hərbi hissədə törətdiyi qiyamdan qorxan iqtidarsızlar «vəzifələrini dondurmaq»la, istefalar verməklə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Amma o çətin dövrdə də Azərbaycan xalqını düşdüyü vəziyyətdən qurtaran ulu öndər Heydər Əliyev oldu. «Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi» sözləri ilə özlərini iqtidar hesab edənlərin qorxaqlıqlarını , səbatsızlıqlarını, dövlətçiliyimizə, millətimizə göstərdikləri xəyanətləri açıqlayan Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür iqtidarsızların yarıtmaz hakimiyyəti üzündən Ermənistan tərəfindən işğal olunan Ağdam kimi, digər rayonlarımız da 30 ilə yaxın əsarət altında qaldılar. Rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vuruldu. Təhsil, mədəniyyət, səhiyyə ocaqları dağıdıldı. İşal illərində Ağdam viran edildi. Bu səbədən rayona “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” deyirdilər. Ağdamlılar Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlər verdilər.

Artıq Ağdam azaddır. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində işğaldan ilk , eyni zamanda heç bir güllə atılmadan azad olunan rayonlardan biri də Ağdamdır.
Ağdam şəhərinin Baş Planının təqdim olnması mərasimində burada aparılacaq bərpa-quruculq işlərindən bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi qısa müddətdə Ağdamın inkişafı istiqamətinədə çox önəmli ciddi addımlar atıldı, həlli vacib sosial layihələr həyata keçirildi. Məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi açıldı., Ərazidə qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Bir sözlə işğal dövründə tamamilə dağıdılan rayonun ərazisi yenidən canlanır.
Həmin görüşdə “Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi. Bütün dünyaya gördü ki, bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir. Zəfərimizlə işğal altında olan torpaqlarımızda törədilmiş erməni vəhşiliyinə, o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoyuldu.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixi kimi salnaməmizə yazıldı. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələrinini44 günlük müharibə tarixinin təhlil olunması, təcrübəsinin öyrənilməsi ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin etirafıdır. İşğaldan azad edilmiş ərazilərimizə üçrəngli bayrağımızı qürurla taxan Azərbaycan əsgər- və zabitinin qəhərmanlıq dastanı olan Şuşa əfsanəsi qədim mədəniyyət paytaxtımıza gələnləri heyran edir.
Azərbaycan xalqı 44 günlük müharibədə qazandığı Qələbə ilə göstərdi ki, millətində Vətən sevgisi, milli ruhu yüksək olan, torpaqları, yurdu uğrunda canlarnıdın keçməyə hazır olan qüdrətli dövlətin əbədi yahşam haqqı daimidir. 30 il havadarlarının dəstəyi ilə özünü qüdrətli, ordusunu «mifik gücə malik» hesab edən Ermənistanı 44 gündə məğlub edən Azərbaycan oğulları babalarından ərmağan qalan tarixi missiyanı davam etdirdilər. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr göstərdi ki, qalib kimdir, məğlum kim. 2020-ci ilin 10 noyabrında Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən qüdrətli Azərbaycan bütün dünyaya bəyan etdi ki, 30 ilə qədər ikili standarlardan əziyyət çəkən, ədalətsizliklə üzləşən Azərbaycan öz haqqını gücü, qüdrəti ilə bərpa etdi.
Ağdamlılarla görüşünü tarixi gün adlandıran, işğaldan azad edilmiş ərazi olaraq ilk Ağdamın Baş Plan artıq təsdiqlənməsini qürürla bildirən Prezident İlham Əliyevin bildirdiyi kimi , 140 ilik tarixi olan 1 saylı məktəbin, 200 hektara əraziyə malik Ağdam Sənaye Parkının təməlinin qoyulması, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilməsi, İşğal və Zəfər muzeylərinin konsepsiyalarının hazırlanması quruculuq işlərinə daxil önəmli vəzifələrdir. Bütün Qarabağ zonası kimi Ağdam da «yaşıl enerji” zonası», «ağıllı şəhər»” konsepsiyası əsasında inşa edləcək.

Bəli, Ağdamın əvvəlkindən daha gözəl, müasir görkəmə salınmaı üçün görülən işlər sürətlənir. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin vüsəti müqabilində iqtidarda olduqları müddətdə torpaqları satan, cinayətlər törədən AXC-Müsvat cütlüyünün xəyanətlərini xilaskar, Azərbaycan xalqına sevinci anlar yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə xatırlatmaq yerinə düşər: “Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! İndi ağdamlalar kimi, bütün Azərbaycan xalqı qürurla söyləyir ki, Ağdam bizimdir! Qarabağ bizimdir!”

