Salyanda meyvə bağlarından 300 tondan çox məhsul yığılıb
Salyan rayonunda olan meyvə bağlarında ötən illə müqayisədə daha bol məhsul yetişib. Bağbanlar qısa müddət ərzində məhsullarını tədarük edə bilib.
Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il rayonda mövcud olan 832,1 hektar meyvə və giləmeyvə bağlarından 314,3 ton məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 ton çoxdur. Yığılan məhsulun 41,3 tonunu alma, 25 tonunu armud, 20,8 tonunu ərik, 43,2 tonunu albalı, 21,7 tonunu şaftalı,14,6 tonunu gavalı, 39,3 tonunu alça, 10,1 tonunu gilas təşkil edib.
Həmçinin məhsul istehsalçıları 98,3 ton giləmeyvə tədarük edib.

