Cəmiyyət 

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində hərəkət məhdudlaşdırıldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar yolun qeyd edilən hissəsində bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hərəkət hissə-hissə məhdudlaşdırılıb.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq:

“Sürücülərdən sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.

Daha çox xəbərlər