Region Xəbərləri 

Kürdəmirdə 135 min tondan çox taxıl istehsal olunub

Kürdəmir rayonunun taxılçıları biçin kampaniyasını başa çatdırıblar, zəmilərdən 135 min 16,5 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 39 min 75 hektarda taxıl yetişdirilmişdi. Zəmilərin 9975 hektarı buğda, 29 min 100 hektarı arpa idi.

Hər yerdə mühüm strateji məhsul olan taxıl biçini kampaniyasına hazırlıqlar başlanıb, hər gün zəmilərə 85-90 kombayn çıxarılıb. Cari mövsümdə zəmilərin hər hektarında orta məhsuldarlıq 34,6 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Qarasaqqal, Karrar, Muradxan, Şilyanda məhsuldarlıq daha yüksək olub.

Daha çox xəbərlər