Cəmiyyət 

Ukrayna rəsmiləri jurnalistlərimizi təbrik etdilər – VİDEO

Ukrayna rəsmiləri Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik ediblər.

Ukrayna Ordusunun döyüş komandiri Roman Solohub mətbuat işçilərini təbrik edərək, Baku TV-nin əməkdaşı Mübariz Aslanovun Ukraynadakı dürüst fəaliyyətini yüksək qiymətləndirib.

“Vətəndaşlarımıza qarşı həyata keçirilən qətlləri, əhalimizin qadağan olunmuş silahlarla məhv edilməsinin işıqlandırılmasını xüsusi qeyd etmək istərdim. Sükanı belə saxlayın”, – deyə o bildirib.

“Bu, hazırkı dövrün bəlkə də ən çətin peşələrindən biridir. Çox sağ olun ki, informasiya müharibəsinin ön cəbhəsində vicdanla, heç nədən qorxmadan işləyirsiniz. Ukrayna və Azərbaycan daim birlikdədir!” – deyə Zaporojye vilayət parlamentinin rəhbəri Alyona Juk qeyd edib.

Daha ətraflı süjetdə:

Daha çox xəbərlər