Prezident İlham Əliyev Rəfiqə Hüseyn-zadəni “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Rəfiqə Hüseyn-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə “Şöhrət” ordeni ilə təltif edilsin.

